İş haqqında ətraflı məlumat
Elmlər və Əhmədli metro stansiyaları yaxınlığında yerləşən PlayStation salonlarına məsuliyyətli və ünsiyyətcil bəy və xanım əməkdaşlar tələb olunur.
📋 İŞ BARƏDƏ MƏLUMAT
📍 İş yerləri: Elmlər və Əhmədli metrosu yaxınlığı
👥 Cins: Bəy / Xanım
🎂 Yaş: 20–45
💼 Təcrübə: 1–3 il
🕐 İş qrafiki: Növbəli
1-ci növbə: 17:00–03:00
2-ci növbə: 20:00–06:00
📅 İş rejimi: 6 gün iş, 1 gün istirahət
💰 Əməkhaqqı: 450 AZN + tips (bəxşiş)
🔹 VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Müştəriləri qarşılamaq və sifarişlərini qəbul etmək;
• Müştərilərə yemək və içkilərin təqdim olunmasında kömək etmək;
• Sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etmək;
• Oyun masalarının və müştəri zonalarının səliqəsini qorumaq;
• İş yerində təmizlik və gigiyena qaydalarına riayət etmək;
• Müştərilərə nəzakətli və keyfiyyətli xidmət göstərmək.
🔹 NAMİZƏDƏ TƏLƏBLƏR
• Xidmət sahəsində 1–3 il iş təcrübəsi;
• Ünsiyyətcil və gülərüz olmaq;
• Məsuliyyətli, diqqətli və çevik olmaq;
• Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Gecə növbəsində işləmək imkanı.
← Bütün vakansiyalara qayıt