Aktiv vakansiya

Mühasib

⌖ Sumqayıt◷ Tam iş günü▦ 31.10.2026◉ 69 baxış

İş haqqında ətraflı məlumat

Sumqayıt şəhərində polietilen paketlərin istehsalı ilə məşğul olan şirkətə mühasib tələb olunur. 📍 İş yeri: Sumqayıt Avtovağzalının arxası 👨‍💼👩‍💼 Cins: Bəy / Xanım 🎂 Yaş: 27–40 💼 Təcrübə: 1–3 il 🕐 İş saatı: 09:00–18:00 📅 İstirahət: Ayda 6 gün 💰 Əmək haqqı: 1000–1200 AZN 🔹 VƏZİFƏ ÖHDƏLİKLƏRİ • Müəssisənin gündəlik mühasibatlıq əməliyyatlarının aparılması; • İlkin mühasibat sənədlərinin hazırlanması və düzgün rəsmiləşdirilməsi; • Mədaxil və məxaric əməliyyatlarının uçotunun aparılması; • Kassa və bank əməliyyatlarının uçotunu həyata keçirmək; • Debitor və kreditor borclarına nəzarət etmək; • Anbar və istehsalat üzrə mühasibat məlumatlarının uçotunu aparmaq; • Əməkhaqqı və digər ödənişlərlə bağlı hesablamaları həyata keçirmək; • Vergi və digər mühasibat hesabatlarının hazırlanmasında iştirak etmək; • Sənədlərin düzgün və vaxtında arxivləşdirilməsini təmin etmək; • Rəhbərliyə tələb olunan maliyyə və mühasibat məlumatlarını təqdim etmək. 🔹 NAMİZƏDƏ TƏLƏBLƏR • 27–40 yaş aralığında olmaq; • Mühasibatlıq sahəsində 1–3 il iş təcrübəsi; • Müvafiq ali və ya orta ixtisas təhsili; • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyinə dair ilkin biliklər; • MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı; • Diqqətli, məsuliyyətli və dəqiq olmaq; • Sənədlərlə işləmə və analitik düşünmə bacarığı; • Komanda ilə işləmə bacarığı. 🔹 İŞ ŞƏRTLƏRİ 🕐 İş saatı: 09:00–18:00 📅 İstirahət: Ayda 6 gün 💰 Əmək haqqı: 1000–1200 AZN 🚌 Servis: Sumqayıt şəhəri daxilində 🍽️ Yemək: Verilir 👕 İş forması: Verilir 📄 Rəsmi qeydiyyat: Əmək müqaviləsi ilə rəsmi işə qəbul
← Bütün vakansiyalara qayıt
✆